Badımcan Yeməyi ( Pəhriz üçün )

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 8 322
Səs ver:
(səs: 1)
Vəsaitlər ( 2 nəfərlik : ) Badımcan Yeməyi ( Pəhriz üçün )

 2 ədəd badımcan, 4 ədəd bibər, 200 qram az yağlı qiymə, 1 kasa light qatıq, Kəkotu, 1 diş sarımsaq, Soba paketi

Hazırlanması

Badımcanların yalnız saplarını kəsib, hava alması üçün bıçaqla dəliklər açın. Yağlanılmış soba nimçəsinə soba paketini yerləşdirin və içinə badımcanları düzün. Badımcanlar ortalama 45 dəqiqədə bişmiş olacaq. Badımcanlar bişərkən, başqa bir soba paketinəbibərləri düzüb sobaya yerləşdirin. Bibərlər ortalama 15 dəqiqədə bişmiş olacaq. Bu sırada sarımsaqlı qatığı hazırlayın. Badımcan və bibərlər bişdikdən sonra qabıqlarını soyub kiçik - kiçik doğrayın. Sarımsaqlı qatığı badımcanların üzərinə töküb yavaşca qarışdırın. Teflon tavada qiyməni qovurun. Bişməyə yaxın kəkotu və duzu əlavə edin. Son olaraq  badımcanların üzərinə qiyməni sərib, isti olaraq xidmət edin.

Nuş olsun
 
/Mənbə.Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 8 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri