Lazım olan ərzaqlar: 50 qr kərə yağı 1 ovuc qoz ləpəsi İspanaq, keşniş, şüyüd, göy soğan - hər birindən 1 dəstə 4 yumurta duz və istiot
Hazırlanması: Göyərtiləri təmizləyib yuyun və suyunu qurudun. Sonra xırda doğrayın. Yumurtaları duz və istiot ilə qarışdırın. Doğranmış göyərtiləri, yumurta, əridilmiş kərə yağı və xırdalanmış qozu bir qabda yaxşı qarışdırın. Keks qablarını yağlayıb hazırladığınız qarışımı qablara doldurun və 190 dərəcəli sobada 20 dəqiqə bişirin. Süfrəyə qatıq ilə verin.