Badımcan və qiyməli börək resepti

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 11 424
Səs ver:
(səs: 6)
Tərkibi:
1 çay qaşığı qabartma tozu
500 qr. qiymə
6 ədəd badımcan
2 su stəkanı duru yağ
1 su stəkanı su
6 su stəkanı un
1 ədəd yumurta sarısı
Duz

Hazırlanması:

Badımcanları yuyub qurulayın. Bir neçə yerindən kibritlə deşik açıb sobada közləyin. Qabıqlarını soyub püre halına gələnə qədər əzin. Qıymanı 1 qəhvə fincanı qədər suyla pişirin. Közlənip əzilmiş badımcanla qarışdırın. Duz və istiotla dadlandırın. Ələnmiş un, su, duru yağ və qabartma tozunu bir qabda yoğurun. İki bərabər parçaya bölüb birinci parçanı yağlanılmış soba nimçəsinə yayın. Badımcanlı qiyməli paylaşdırın və qalan xəmiri da eyni şəkildə açıb üzərinə yayın. İstədiyiniz böyüklükdə dilimlər halında kəsin. Üzərinə yumurta sarısı çəkin. Əvvəldən isidilmiş 170 dərəcəyə nizamlı sobada 45 dəqiqə bişirin.

Nuş olsun!
(səs: 6)
Şərhlər: 7
Baxılıb: 11 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri