Toyuq ruleti resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 7 036
Səs ver:
(səs: 1)
Tərkibi:
Toyuq döşü
1/4 fincan un
1 yumurta
1 stəkan suxarı
1/2 çay qaşığı sarımsaq və ya soğan tozu
1/2 çay qaşığı qırmızı istiot
1/4 çay qaşığı duz və istiotu
2 xörək qaşığı zeytun yağı
Nazik doğranılmış vetçina
Nazik doğranılmış pendir

Hazırlanması:
Toyuq döşünü nazik və incə lay formasında doğrayın, sonra mətbəx taxtasının üzərində döyəcləyin. Üzərinə duz, istiot, qırmızı istiot, soğan və ya ı və ya sarımsaq tozu səpin.

 

Ətin üzərinə bir dilim vetçina, bir dilim pendir qoyun, möhkəm bağlayın, diş çubuğu ilə ruleti bağlayın ki, açılmasın.

 


 

Ruleti una, sonra çalınmış yumurtaya, sonda suxarıya batırın. Sobanı 180 dərəcə qızdırın, 20- 30 dəqiqə bişirin. Və yaxud toyuq ruletini elektrik manqalında da bişirə bilərsiniz.

 


  

 

Nuş olsun!

(səs: 1)
Şərhlər: 13
Baxılıb: 7 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri