Ətli börək resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 14 543
Səs ver:
(səs: 5)
Tərkibi
300 qram ətin yumşaq yeri 
5 yarpaq milföy 
1 ədəd kök 
1 ədəd soğan 
4-5 ədəd kərəviz sapı 
1 qaşığ tamat 
1 ədəd yumurtanın sarısı 
kəklik 
çörəkotu 

Hazırlanması
Soğanı incə doğrayın. Kökü kiçik kiçik doğrayın. Kərəviz saplarını kiçik doğrayın. Əti kiçik kublar halında doğrayın. Tavanı ocağa alıb istilədin. İsinincə 3 yemək qaşığı zeytun yağı və doğradığınız soğanları əlavə edib 2-3 dəqiqə qovurun. Kökləri əlavə 1 dəqiqə bişirin. Kərəvizin əlavə edib 1 dəqiqə daha bişirin. Doğradığınız əti əlavə 5-6 dəqiqə bütün vəsaiti birlikdə bişirin. Duz, qara bibər, kəklik və 2 yemək qaşığı su əlavə edib qarışdırın və altını söndürün. Milföy yarpaqlarını ikiyə bölüb ortalarına hazırladığınız ətli iç vəsaitindən yerləşdirin, kənarlarından qatlayın və barmaqlarınızla basdıraraq bağlayın. Üzərlərinə fırça köməyiylə yumurta sarısı sürtün və çörəkotu səpin. Əvvəldən 200 dərəcəyə isidilmiş sobada 20 dəqiqə bişirin.
 
Nuş olsun!
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 14 543
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri