Yaxın Şərqin musaka ləzzəti - Foto Resept

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5095
Səs ver:
(səs: 0)
Tərkibi:
Badımcan 600 qram
Zeytun yağı 80 ml
Baş soğan - 1 ədəd, 100 qram
Mal ətindən qiymə 600 qram
Ağ çaxır -  200 ml (quru)
Pomidor -  400 qram
Dəniz duzu -  1 çay qaşığı
Cəfəri qurusu -  2 çay qaşığı
Darçın -  ½ çay qaşığı
Qəhvəyi şəkər tozu -  5 qram
Kartof 600 qram
Süd 500 ml
Buğda unu - 40 qram
Kərə yağı 50 qram
Muskat döyülmüş.

Hazırlanması:
1. Badımcanı  1-1,5 sm qalınlığında  doğrayın, duzlayın, üzərinə zeytun yağı çiləyin və 180 dərəcə isidilən sobada 30 dəqiqə yumşalana qədər bişirin.

2. Soğanı xırda doğrayın, 2-3 dəqiqə qovurun.

3. Qiyməni soğana əlavə edib birlikdə qızardın. Ət qızaranda şərab əlavə edib 20 dəqiqə bişirin.
 
 

 

 
4. Pomidorun üzərində xaçşəkilli kəsik  açın və qaynar su bir-iki dəqiqə saxlayın, sonra nazik qabığını soyun.

5. Pomidor kub formasında doğrayın və ya blenderdə əzin və ətə əlavə edin. Duz vurub 20 dəqiqə zəif odda qarışdıraraq bişirin.

6. Ədviyyat əlavə edin. Əgər sous turşməzə olarsa, bir az şəkər əlavə edin. Qarışdırın və odu söndürün.
 
 

 

7. Kartof isə 0,5 sm qalınlığında halqa şəklində doğrayın, duz vurub qızardın. Amma bir az çiy bişirin.

 

 

 

8 Soba tavasında bərabər şəkildə kartofları düzün.

9. Kartofun üzərinə qiyməni səpin.

 

 

 

10. Üzərindən badımcanları düzün.

 

 

 

11. Beşamel sousunu ərzaqların üzərindən tökün.

 

 

 

Sousu hazırlamaq üçün unu yağ ilə bir az qızardın, sonra soyuq südü qarışdıraraq və  yavaş-yavaş əlavə edin. Duz və döyülmüş muskatı da əlavə edin. Sous qatılaşana qədər bişirin.

12. Sobanı 190 dərəcə qızdırın və xörəyi 30-40 dəqiqə bişirin.

13. Musaka süfrəyə qaynar və soyuq şəkildə verilə bilər. Soyuq musaka asan kəsilir.

Nuş olsun!

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri