Limonlu toyuq naqqetləri resepti - Foto resept

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2708
Səs ver:
(səs: 2)
Tərkibi:
2 ədəd toyuğun döş əti
1 stəkan qarğıdalı kraxmalı
1 ədəd toyuq yumurtası
1 stəkan suxarı
3 ədəd limon
bitki yağı (qızartmaq üçün)
 
Hazırlanması:
1. Ərzaqlar hazırlanır.


2. Limonun birinin qabığı soyulur.
 
 
 

3. Sous düzəldilir. Bunun üçün limon şirəsi, su və limonun qabıqları bir balaca qazana yerləşdirilir və qarışdırılaraq qaynadılır. Şəkər tozu əlavə edilir və yenidən qarışdırılır. Qatı məhlul hazırlamaq üçün suya qarğıdalı kraxmalı əlavə edilir və qarışdırılaraq, qatılaşana qədər az odda 2 dəqiqə qaynadılır.


4. Toyuğun döş əti yuyulur və şəkildə göstərildiyi kimi, qalın zolaqlarla doğranılır.


5. Doğranılan ət ilk olaraq qarğıdalı kraxmalına tam batırılır.


6. Sonra yumurtaya salınaraq suxarıya batırılır. Bu proseslər hər bir döş əti üçün təkrarlanır.
 
 
 
 
7. Tavaya yağ əlavə edilir və orta odda toyuq ətləri hər tərəfli 2-3 dəqiqə qızardılır. Tavadan çıxardıqda naqqetlər mətbəx salfetləri üzərinə düzülür.


8. Qızarandan sonra naqqetlər boşqaba əlavə edilir və üzərinə reseptin 3-cü etapında hazırlanan sous əlavə edilərək isti-isti süfrəyə verilir. Naqqetlərin yanında düyü və tərəvəzlərdə vermək olar.
 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri