Sadə kartof əzməsi resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 16 207
Səs ver:
(səs: 1)
Tərkibi:
5 ədəd orta ölçüdə kartof
1 ç/q yağlı qaymaq

Hazırlanması:

Kartof əzməsi (püresi) əlavə olaraq bir çox yeməklərin yanında istifadə edilir. Balıq yeməklərinin yanında isə daha dadlı alınır.

1. İnqredientlər.



2. Kartof təmizlənir, yuyulur, iri doğranılır və qazana yerləşdirilir. Üzərinə yalnız kartofu örtənə qədər su əlavə edilir. Duzlanır və orta odda hazır olana qədər bişirilir.



3. Vaxtını ötürməyin! Kartofun hazır olmağını yoxlamaq asantdır. Bunun üçün bıçağı kartofa batırmağınız bəs edər, əgər kartof sürüşüb bıçaqdan düşürsə demək o hazırdır.



4. Kartofa maye əlavə edilmədən mikserlə əzilir.



5. Yalnız kartof tam əzmə şəklində olandan sonra onun tərkibinə müəyyən ədviyyatlar və bizim halda 1 çay qaşığı yağlı qaymaq əlavə etmək olar. Yaxşı qarışdırılır.



6. Və budur, kartof əzməsi hazırdır. Praktiki olaraq istənilən yemək üçün əla qarnirdir.
Nuş olsun!
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 16 207
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri