Zeytun yağlı şirin bibər dolması resepti

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1533
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi:
1 kilo rəngbərəng xırda bibərlər (qırmızı, sarı və narıncı)
İçi Üçün
2 baş soğan – xırda-xırda doğrayın (2 stəkan)
Yarım stəkan zeytun yağı
Yarım xörək qaşığı tomat
Yarım xörək qaşığı qırmızı bibər məti (tomat kimi olur, amma bibərdən hazırlanır – turkçə Bibər salçası adlanır)
1 stəkan + bir stəkanın dörtdə biri qədər yumru düyü – yuyub süzün
1 çay qaşığı şəkər tozu
1 xörək qaşığı narın ovulmuş quru nanə
1 çay qaşığı duz
Digər Ərzaqlar
2 stəkan su
Üstü üçün zeytun yağı (zəruri deyil)
 
 
Hazırlanması:
Əvvəlcə içi hazırlayın. Soğanı bir tavada yağsız öldürün. Zeytun yağını əlavə edin. Yağ qızanda (soğan sadəcə yumuşalmalıdır, qızarmalı deyil) tomatı və bibər mətini əlavə edib, qarışdırın. Düyü və şəkəri də buraya əlavə edib, vam odda tez-tez qarışdıra-qarışdıra 10-15 dəqiqə bişirin.  Əgər düyünün üstü yumuşaq,  içi isə bir az diri qalıbsa, deməli iç hazırdır. Tavanı kənara çəkin. Nanə və duz əlavə edib qarışdırın.
Bibərləri yuyun, papaqlarını elə kəsin ki, bibərdən ayrılmasınlar.  Bibərlərin toyumlar çox xırda olduğu üçün, onları çıxartmağa ehtiyac yoxdur. Bibərlərin içini bir az duzlayın.
Bibərləri yarısına qədər içlə doldurun (iç bişdikcə, şişəcək). Qapaqlarını örtüb, dərin tayava bir cərgə olaraq düzün. Üstünə su tökün.
Tavanın qapağını örtüb dolmanı orta odda suyu çəkilib yağı qalana qədər bişirin, təxminən 1 saat. Hazır dolmanın düyüsü tam bişməlidir. Kənara çəkin. İstəyə görə, bibərlərin üstünə bir az zeytun yağı gəzdirin. Bu, dolmaya parlaqlıq verir.  Tavanın qapağını örtüb, dolmaların tam soyuması üçün, tavanı kənara qoyun. Bu dolma soyumuş halda süfrəyə verilir.
 
 
Nuş olsun!

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 1533
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv