Qiyməli içli küftə resepti

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 5 917
Səs ver:
(səs: 7)
Tərkibi:
Xəmiri üçün:
1 kilo incə küftəlik bulğur
İlıq su
Duz
 
İçliyi üçün:
Yarm kilo qiymə
Duz
İstiot 
Pul bibər
Soğan
Cəfəri
Bulğur
Su

Hazırlanması:
Bulğuru ilıq suda isladın. Yumşaldıqdan sonra yaxşıca yoğurun. Arada azca ilıq su da əlavə edin. Daha sonra soğanı maşından keçirərək suyunu sıxın. Suyunu sıxdığınız soğanı tavada yağ da əlavə edib qovurun. Yaxşıca qovrulan soğana qiymə və ədviyyatları da əlavə edib qovurun. Cəfəri doğrayıb soyumağa qoyun. Xəmirindən götürüb balaca küftə hazırlayın. Xəmirin içini çox nazik olmayacaq şəkildə açın və 2 çay qaşığı qiymə qoyub ağzını bağlayın. Küftələr hazır olduqdan sonra qaynayan isti suyun içinə atıb 5 dəqiqə bişirin. Üstünə bol kərə yağı əridib tökün.
Nuş olsun!
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 5 917
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri