Qiymәli Blinçik resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 4 257
Səs ver:
(səs: 1)
Tərkibi:
yarım litr süd
3 әdәd yumurta
yarım şirin qaşığı duz
2 yemәk qaşığı duru yağ
aldığı qәdәr un

İçi üçün:
1 әdәd orta boy soğan
300 qr qiymә
duz, istiot
Üzәri üçün rәndәlәnmiş holland pendiri

Hazırlanması:
Süd vә yumurtanı mikserlә çalın. Duz, duru yağ әlavә edib qarışdırın. Unu da әlavә edib
yaxşıca çalın. (Axıcı bir xәmir olmalıdır)
Teplon bir tavanı yüngülcә yağlayın. Üzәrinә bir çömçә xәmirdәn töküb yayılması üçün
tavanı yellәyin. Kәnarları qızaranda blinçiki çevirin. Xәmir bitәnә qәdәr eyni әmәliyyatı
davam edin.
Bişәn blinçiklәrin içinә 1 yemәk qaşığı qiymә qoyub rulet şәklindә bükün. Bütün blinçiklәri bu
cür edin. Yağlanmış soba qabına yerlәşdirin. Üzәrinә rәndәlәnmiş holland pendiri sәpәrәk
sobada üzәri qızarana qәdәr bişirin...

Nuş olsun!
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 4 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri