Sobada toyuq kababı resepti - FOTO RESEPT

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 5 634
Səs ver:
(səs: 1)
Tərkibi:
2 toyuq filesi
2 x.q. bitki yağı
2 diş sarımsaq
1 x.q. şəkər tozu
1 x.q. keşniş toxumu
1 x.q. soya sousu
çili istiotu, duz - zövqə görə

Hazırlanması:
Çöp şişləri suda 30 dəqiqə isladın. Toyuq filesini uzun şəridlərə doğrayın.

Sonra qarmon kimi çöp şişlərə keçirin, marinadın içinə qoyun.
Marinad: bitki yağı, şəkər tozu, keşniş toxumu, soya sousu, əzilmiş sarımsaq, duz istiotu qarışdırın.

Marinadın içinə salınmış toyuğun üzərinə qida plyonkası çəkib soyuducuda 2 saat saxlayın.

Sobanı 200 dərəcə qızdırın. Çöpləri sobada təxminən 20 dəqiqə bişirin. Arada bir dəfə çevirin.
 
Nuş olsun canlarım!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 5 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri