Kababın düzgün bişirilmə qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 12 136
Səs ver:
(səs: 5)
 Mütəxəssislərin dediyinə görə, manqalda ağ ət və balıq dərhal, qırmızı ət isə bir az saxlandıqdan sonra bişirilməlidir. Manqalı bişirməyə hazırlamaq üçün kömürlərin boz küllə örtülənə qədər kor hala gəlməsini gözləmək lazımdır.

Ətin 1 dəfə çevrilməsi və yağlanması gərəklidir.

Ətin rəngli önəmlidir
Qırmızı ətin ləzzətini ən yaxşı şəkildə tapmaq üçün ətin rəngi çox önəmlidir. Ət mütləq azca qırmızı olmalıdır. Qabırğa kimi sümüklü ətlər manqal üçün daha uyğundur. Daha yağlı olan quzu ətini manqalda bişirərkən yerindən oynatmadan bişirilməlidir. Sümük uclarının yanmaması oranı alüminium folqa ilə sarıyın.

Evdə saxlanan toyuq, cücə ətlərinin çiy bişirilərək yeyilməsinin düzgün olmadığı deyilir. Sümüksüz toyuq filesi 8-12 dəqiqə, sümüklü toyuq sinəsi isə 30-40 dəqiqə bişirilməlidir. Ətin içinin çəhrayı qalmamasına diqqət edin.

Toyuq əti dərilidirsə, dərinin yanmamasına diqqət edin.

Qrildə balıq bişirmə üsulu
Seçilən balıq növünə diqqət etmək lazımdır. Çünki balıq növlərinin bişirilməsi də fərqlidir. Balıq manqalda çox bişirilsə, quruyub ləzzətini itirəcək. Bişirərkən iri və yağlı balıqlar seçin. Manqalın yağlanması balığın yapışmadan ləzzətli bişməsinə kömək edəcək.

Ətin yumşaq olması üçün bişirmədən əvvəl ətin üzərinə qatıq, sirkə, süd kimi məhsulları sürtə bilərsiz. Eyni zamanda yanmaması üçün sous sürtüb sonra bişirin. Ədviyyatları ət bişənə yaxın üzərinə səpin.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 12 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri