Sobada tərəvəzli, toyuqlu düyü resepti

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 5 178
Səs ver:
(səs: 4)
Tərkibi:
1 stəkan düyü
1 stəkan gül kələm çiçəyi
1 stəkan brokoli kələm çiçəyi
1 ədəd qırmızı dolmalıq bibər
1 ədəd soğan
4-5 ədəd yaşıl noxud
1 ədəd kök
3 xörək qaşığı duru yağ
1 şorba kasası didilmiş, qaynamış toyuq əti
2 ədəd yumurta
duru yağ
duz
istiot

Hazırlanması:
Duzlu bol suda düyü qaynadılır, süzülür və soyuması gözlənir. Bir tavada duru yağ isidilir və bütün tərəvəzlər doğranıb çox əzilməmək şərtilə yağda bişirilir, duz, istiot əlavə edilir və kənarda soyudulur.
Geniş bir qabın içinə düyü, qaynamış toyuq və tərəvəzlər qatılır, üzərinə yumurta əlavə edilib içlik kimi qarışdırılır.
Tava kimi orta ölçüdə qazanın içinə qarışımı töküb üzərindən basılır və yağ əlavə edilərək 200-210 dərəcədə üstü qızarana kimi 40 dəqiqə bişirilir.

Nuş olsun!
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 5 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri