200 q kartof püresi
0,5 st. su
50 q kərə yağı
0,5 st. un
2 yumurta
duz
iç:
100 q vetçina (yaxud kolbasa, toyuq əti və s.)
50 q pendir
1 kiçik baş soğan
mayonez
Hazırlanması:
Qazana su tökün, kərə yağı əlavə edin, ocağın üstünə qoyun, qaynara
düşəndə duz, un əlavə edin, sürətlə qarışdıraraq vam odda, xəmir qazanın
kənarından ayrılanadək bişirin. Ocaqdan götürüb bir qədər soyudun,
kartof püresi əlavə edib qarışdırın, 2 yumurta qatıb blenderdə bir qədər
çalın.
Bu qarışıqdan çay qaşığı ilə götürərək perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
İç: vetçina (kolbasa, toyuq əti) və soğanı xırda doğrayın, bitki yağında
qovurun, soyudun. Pendiri xırda kubik doğrayın. Birləşdirin, duz,
mayonezlə qarışdırın.