Tərkibi:
1 kq boranı
4 st.düyü
200 qr.kərə yağı
duz
istiot
yarım.st şəkər tozu
Hazırlanması:
Boranının qabığı soyulur,içi təmizlənir.Kubiklərə doğranır,hardasa qoz böyüklüyündə.Daha sonra düyü adi qaydada süzülür.Qazanda yağ qızdırılır nazik qat süzülmüş
düyü tökülür.Digər tərəfində boranını şəkər tozu,azca duz və azca şəkər tozu ilə qarışdırırıq.Sonra qazanın dibinə tökdüyümüz azca düyünün üstünə əlavə olunur.Süzülmüş düyünün qalanı da boranının üstünə tökülür.Üstünə ərinmiş yağ səpib,qazanı kip bağlayıb 1 saatlığa dəmə qoyuruq.
Plovumuz hazırdı.