“Kartof” pirojnaları - 5 resept

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 4 352
Səs ver:
(səs: 5)
1. Tərkibi:
(20 ədəd üçün)
Vanilli suxarilər-500 q
Qatılaşdırılmış süd- 400 ml
Kakao tozu – 50 q
Kərə yağı – 200 q
Tünd şokolad 70-80 %-li -100q
Konyak – 30 ml
Sitrus qurusu (qatmaya da biləriniz) – 20 q

Hazırlamaq üçün qayda:
1. Öncə suxarilər üyüdülməlidir. Bunu ətçəkən və ya üyüdən maşın ilə etmək olar. Əsas odur ki,üyüdülməmiş tikə qalmasın.
2. Ayrıca bir qabda bir bağlama qatılaşdırılmış süd ilə kakao tozu qarışdırılır. Düyünlər yox oluncaya qədər qarışdırılır,kərə yağı əlavə edilir və xırda od üstə qoyulur (kərə yağı əriyənə qədər)
3. Ardıyca qaynar su buxarında acı şokolad əridilir. Bunun üçün kiçik qazana su süzülüb qaynadılır,suya isə qırılmış şokolad tikələri qoyulur. Su qaynayaraq şokoladı zərifcə əridir. Nəticədə ərimiş şokolad və yapışıb-yanmayan təmiz qablar.
4. Ərimiş şokoladın yarısı hazırlanan yağ və şokoladlı kremə süzülür,qalan hissə isə bəzək üçün kənara qoyulur.
5.Sonda kremə iki xörək qaşığı konyak qatılır. Bu gözəl ətir vermək üçündür.
6.İndi suxari tozu və şokoladlı krem bir-birinə qatılır.
7.Nəticədə belə bir şokoladlı kütlə alınacaq. "Xəmir” quru alınıbsa,bir az süd əlavə etmək olar.
8.Kartof forması verilir,ya da yumru-yumru kündələnir.
9.Fərqli dad veren içlik qoymaq olar,məsələn sitrus qurusu.
10.Bəzək üçün də həmin sitrus qurularını nazik-nazik doğramaq lazımdır.
11. Qalmış şokoladı qızdırıb pirojnaları ona batırıb hərəsinin üstünə bir cüt sitrus qurusu qoyulur.
12.İndi şokoladın tam donmağını gözləmək lazımdır. Bir gündən sonra yemək daha dadlıdır,pirojnalar bu müddət ərzində yumşalıb daha da dadlı olacaq.

2. Tərkibi:
100 q kərə yağı
100 q qatılaşdırılmış süd
2 xq konyak və ya mətbəx romu
2 xq kakao tozu
1 stəkan süd
400 q ovulan peçenye

Qayda:
1. Peçenyeni blenderdə xırdalayın.
2. Kərə yağını qatılaşdırılmış süd ilə əzib qarışdırdıqdan sonra rom əlavə edin.
3.Üyüdülmüş peçenyeni alınmış kütlə ilə qarışdırıb 1 qaşıq kakaonu qatın. Kartofa bənzəyən pirojnalar yapıb soyuducuya bir saatlıq göndərin. Hazır pirojnaları qalan kakao ilə bəzəyin (üstünə səpin)

3. Tərkibi:
Qaynamış krem üçün...
200 ml süd
100 q yağ
2 xq şəkər tozu
2 çq un
1 yumurta
vanilin
300 q üyüdülmüş peçenye
2 xq kakao
50 q qoz (istəyə görə)

Qayda:
1. Qozu da peçenye kimi üyüdüb elə ona qatın.
2.Kakao tozunu əlavə edin.
3.Qaynayan kremi hazırlayaq:
4. Şəkər ,un və vanilini bir az süddə isladın (mikser çubuğu ilə qarışdırın ki,düyünlər olmasın).
5.Yumurtanı sındırıb qarışdırın. Qalan südü qazana töküb qızdırın.
6.Minimal xodda qaynayan südə yavaş-yavaş yumurtalı və südlü qarışığı tökün,daima qarışdırn.
7. Qarışıq sürətlə qatılaşacaq!Yağı da qatıb tam həll olmasına kimi qarışdırın.
8.İsti krem hazırdır,indi isə peçenye üyüntüsünü bura tökün.
9.Pirojnaları formalaşdırın.
10. Hazır pirojnaları kakao tozuna və ya Nesquik tozuna batırın. İstədiyiniz kimi bəzəyə bilərsiniz.

4. Tərkibi:
500 q peçenye ovuntusu
200 q kərə yağı
200 q şəkər
2-4 xq kakao
150-200 ml süd
vanilin
darçın zövqə görə

Qayda:
1.Peçenyeni ovuntu halına gətirmək üçün həmişəki qaydada üyüdün.
2.Peçenye ovuntusuna kakao tozu,vanilin,darçını və şəkəri qatın.
3. Kərə yağını əridib peçenyeyə qatın.
4.Südü bir az qızdırıb yavaş yavaş hazır kütləyə süzün.
5.Xəmirdən kartof formalı pirojnalar hazırlayıb soyuducuya qoyun.

5. Tərkibi:
10 porsiyalıq ərzaq:
Biskvit üçün:
3 yumurta
90 q şəkər
75 q un
15 q nişasta
Krem üçün:
125 q kərə yağı
65 q şəkər pudrası
50 q qatılaşdırılmış süd
1 qaşıq beylis (konyak ,rom ilə əvəzləmək olar)
kakao tozu

Hazırlama qaydası:
Bu növ "Kartof "pirojnasının hazırlanması: Öncə biskviti bişirək.
1.Yumurta ağını sarısından ayırın.
2.Sarıları ağ krem əmələ gələnə kimi şəkərin 2/3 hissəsi ilə çırpın.
3. Ağları köpük olanadək çırpdıqdan sonra qalan şəkəri də əlavə edib kip köpük alınanadək çırpın.
4.Hər iki çırpıntını birləşdirin.Un və nişastanı əlavə edib ehtiyyatla qarışdırın.
5.Xəmiri tavaya süzüb 12-15 dəqiqə 200 dərəcədə bişirin.
6.Biskviti yaxşıca soyutduqdan sonra blenderdə xırdalamaq lazımdır.

Kremin hazırlanması:
7.Kərə yağını şəkər pudrası ilə krem şəklinə düşənə kimi çırpın. Diqqət! Şəkər pudrasını şəkər ilə əvəz etməyin,belə ki,şəkər əriməyəcək!
8. Az-az qatılaşdırılmış südü əlavə edərək çırpmağa davam edin.
9.Bir az kremdən götürüb bəzək üçün ayırın.
İndi pirojnaları formalaşdıraq.
10.Bir qaba biskvit qırıntılarını tökün,üstünə krem və beylisi töküb qarışdırın.
11. Pirojnalar yoğurun (məndə 9 ədəd iri və bir balaca pirojna alındı) ,kakaoya batırıb üstündən krem ilə bəzəyin.
12. Hazır pirojnaları soyuducuya qoyun,artıq 1-2 saatdan sonra möcüzəvi dadı olan pirojnaları yemək olar.
Nuş olsun!
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 4 352
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri