Batenjen maklübi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 3 321
Səs ver:
(səs: 5)
Tərkibi:
1-1,5 kq badımcan
700 q sümüksüz qoyun əti
1,5 st. uzun düyü
1/4 st. ərinmiş yağ
0,5 st. şam fıstığı
1 x.q. duz (üstsüz)
0,5 ç.q. paprika
0,5 ç.q. darçın
0,5 ç.q. zəfəran

Əlavə:
bulyon üçün 4 st. su
badımcanı qızartmaq üçün bitki yağı

Hazırlanması:
Əti doğrayıb üzərinə 4 st. su tökün. Qaynadın. Kəfini yığın.
Duz, ədviyyat əlavə edib vam odda 40 dəqiqə bişirin. Əti bulyondan çıxarın.
Ət bişən müddətdə badımcanı təmizləyib 1 sm qalınlıqda şəridlərə doğrayın. Acısını çıxarmaq üçün üzərinə duz səpin, 20 dəqiqə saxlayıb yuyun.
Yağı qızdırın, badımcanların hər iki üzünü qızardın.
Artıq yağının çəkilməsi üçün salfetin üstünə düzün.
Düyünü yuyun. Xörəyi hazırlayacağınız qazana 1 x.q. düyü töküb onu qazanın dibinə bərabər yayın.
Bunun üzərinə badımcanları düzün (yəni həm qazanın dibini, həm də kənarlarını tutsun).
Badımcanın üzərinə bişmiş əti düzün.
Ətin üstünə düyünü tökün.
3 st. bulyonu ehtiyatla düyünün üstünə tökün (elə tökün ki, ət qalxıb düyünün üstünə çıxmasın).
Vam odda təxminən 40 dəqiqə bişirin. Bu müddətdə bulyon düyüyə tam hopmalıdır. Xörəyi bir az soyudun. Sonra buludu qazanın ağzına tutub qazanı tərs çevirin.
Şam fıstığını ərinmiş kərə yağında qovurun. Əgər xörəyin onsuz da yağlı olduğunu düşünürsünüzsə, o zaman fıstığı sobada, yağsız qovura bilərsiniz.
Xörəyin üzərinə səpin və süfrəyə tərəvəz salatı, xama ilə verin.

Nuş olsun!
(səs: 5)
Şərhlər: 13
Baxılıb: 3 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri