Göyərtili balıq kotleti resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 533
Səs ver:
(səs: 3)
Tərkibi:
Balıq əti – 700 qr
3 – 4 tikə boyat çörək
100 qr – süd
Göyərti – keşniş, şüyüd, reyhan, cəfəri və göy soğan (hamısı birlikdə 1 dəstə qədər)
Üyüdülmüş suxari
Zövqə görə duz, istiot
Duru yağ
 
Hazırlanması:
Əvvəlcə  iti bıçaqla balığın bel sümüyü ətdən təmizlənib çıxarılır.
Boyat çörək süddə isladılır.
Balığın əti çörəklə birgə  ət maşınından keçirilir.
Göyərtilərin ancaq yarpaq hissələri narın doğranır.
Yaxşıca qarışdırılır. Duz, istiot vurulur.
Bir nimçəyə suxari tökülür. Əldə yumrulanmış kotlet suxarinin içində yastıladılır. Hər iki tərəfli...
Qızdırılmış duru yağda hər 2 tərəfi  5 dəqiqə qızardılır.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 4 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri