Balıqlı hinduşka resepti

Müəllif: emis
Şərhlər: 8
Baxılıb: 2 577
Səs ver:
(səs: 1)
Tərkibi:
600 q qızardılmış hinduşka əti
1 ədəd siyənək balığı
1-2 baş soğan
2 yumurta
1 st. qaymaq
4 ç.q. suxarı
50 q kərə yağı
duz
ədviyyat
göyərti

Hazırlanması:
Hinduşka ətini və siyənək balığını, soğanı kubik doğrayın, qarışdırıb iki dəfə ət maşınından keçirin.
Ədviyyat, duz, 2 çiy yumurtanın sarısını əlavə edib qarışdırın.
2 yumurtanın ağını qaymaqla ayrıca çalıb, sonra ət qarışığına əlavə edin.
Alınan qiyməni yağlanmış və suxarı səpilmiş siniyə qoyun, üzərinə yağ çəkin və sobada bişirin.
Hazır olandan sonra doğranmış göyərti ilə bəzəyin. Yanında ketçup və kartof qızartması, püre, düyü verə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri