Günəbaxan tumlu çörək resepti

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 1 974
Səs ver:
(səs: 0)
Lazım olan ərzaqlar:
2/3 stəkan ilıq süd (200 ml)
1 xörək qaşığı bal
1 çay qaşığı aktiv maya
2 xörək qaşığı bitki yağı
1 yumurta
2 stəkan un
1 çay qaşığı duz
1/3 stəkan günəbaxan tumu

Hazırlanması:
Bir qabda ilıq südü, bal və mayanı qarışdırıb 5 dəqiqə gözləyin maya şişsin.

Yumurta və bitki yağını əlavə edib qarışdırın.

Duz və unu əlavə edib yumşaq xəmir yoğurun. Günəbaxan tumlarından bir qədər üzəri üçün saxlayıb qalanını xəmirə əlavə edib qarışdırın.

Xəmirin üzərini örtüb isti bir yerdə 2 saat mayalanmağa qoyun. Çörəyi bişirəcəyiniz qabı yağlayın. Xəmir gəldikdən sonra istədiyiniz formaya salıb qaba yerləşdirin, üzərini örtüb 30 dəqiqə saxlayın.

Daha sonra çörəyin üzərinə fırça ilə bir az yağ çəkib qalan günəbaxan tumlarını səpin.

200 dərəcəli sobada 30-35 dəqiqə bişirin.

Tam soyuduqdan sonra kəsib süfrəyə verin.

Günəbaxan tumlu çörək resepti







Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 974
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri