Ərikli quzu şiş-kabab resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 737
Səs ver:
(səs: 1)
Tərkibi:
1 kq quzu əti
Şiş
10 ədəd quru ərik
10 ədəd uzun şirin bibər
8 ədəd pomidor
3 ədəd quru soğan
2 ədəd pomidor
1 çay qaşığı qara bibər
1 çay qaşığı duz

Hazırlanması:
Ərikləri 15-20 dəqiqə suda gözlədin, süzdükdən sonra 4 hissəyə bölün. Quru soğanları çox incə doğrayın ya da rəndələyin. Pomidorları da çox incə doğrayın və ətləri bu qarışığın içinə atın. Duzunu və qara bibərini də səpdikdən sonra əlinizlə qarışdırıb ağızını bağlayaraq soyuducuya qoyun. Şişləri önünüzə alın. Ən alta əti keçirin, sonra 2-3 sm qalınlığında doğranmış bibərlərdən bir ədədini, onun üstünə dördə bölünmüş pomidorlardan birini və ən son əriyi keçirin.
Tək bir şişə bu sıralamanı iki dəfə edin, amma ikinci əriyin üzərinə bir ət keçirib bitirməyi unutmayın. Soba qızartmasında və ya manqalda bişirə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri