Soğanlı İsgəndər kababı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 904
Səs ver:
(səs: 3)
Tərkibi:
500 q mal əti (bifşteks üçün)
2 ədəd balaca pide
2 x.q. bibər pastası
1 baş soğan (sürtgəcdən keçirilib suyu sıxılmış)
pomidor
acı istiot

Hazırlanması:
Əti buz dolabında təxminən yarım saat saxlayın. Çox nazik doğrayın (dönər əti qalınlıqda). Soğan suyunda 2-3 saat saxlayın. Sonra tefal tavada bitki yağında qarışdıraraq qızardın.
Pidelərin üzərinə azca kərə yağı çəkib sobada azca qızaranadək qızdırın.
Bibər pastasını azca bitki yağı ilə qarışdırın. Azca qaynar su tökün, çox sulu olmayacaq dərəcədə azca qaynadın. İstəsəniz, ədviyyat, göyərti qurusu vura bilərsiniz.
Qızdırılmış pideləri boşqaba qoyun. Üzərinə azacıq pastalı sousdan gəzdirin. Üzərinə ət düzüb yenə sous əlavə edin. Pomidor və acı istiotla, bibərlə bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2 904
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri