Küftəli badımcan kababı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 027
Səs ver:
(səs: 3)
Tərkibi:
500 q orta yağlı qıyma,
3 dilim köhnə çörək,(Rəndələnmiş və ya ufalanmış)
1 ədət rəndələnmiş böyük soğan,
2 diş sarımsaq,
1 ədəd yumurta,
1 çay qaşığı duz,
1 çay qaşığı pul bibər,
1 çay qaşığı istiot,
4 adet badımcan ,
3 ədəd pomidor,
5-6 ədəd bibər,

Qızartmak üçün:
duru yağ,

Tomatlı sos üçün:
1 yemək qaşığı tomat,
1 su stəkanı qaynar su,

Hazırlanması:
İlk olarak 500 gram orta yağlı qiyməmizi yoğuracağımız tavaya alırıq.
Üç dilim köhnə çörəyi ufalayaraq qiymənin içinə əlavə edirik.
Soğanı soyub yuyuruq.
Yuduğumuz soğanı da rəndələyib qiymənin içinə əlavə edirik.
Bir ədət yumurta və rəndələnmiş sarımsağı da əlavə edib bir çay qaşığı duz, bir çay qaşığı pul bibər və bir çay qaşığı istiotu da qiymənin içinə əlavə etdikdən sonra yoğurmağa başlıyırıq.
Yumurta böyüklüyündə bir parça alıp şəkil veririk və fırın tabağına düzürük.
Küftələri tam olaraq bişirmədən 200 dərəcə qızdırdığımız fırında 15 dəqiqə bişiririk.
Dörd ədət badımcanı alacalı olarak soyuruq.
Sonra incə- incə uzunsov şəkildə dilimləyirik və badımcanlarımızı 30 dəqiqə duzlu suda saxlayırıq.
30 dəqiqə saxladıqdan sonra kağız dəsmal ilə badımcanların artıq suyunu alırıq.
Tavada yağı qızdırırıq.
Qızdırdığımız yağın içində badımcanları qızardırıq.
Qızaran badımcanları çıxardırıq.
Kağız dəsmal üzərinə qoyuruq ki ,artıq yağını alsın.
Bundan sonra iki dilim badımcanı X şəklində üst-üstə qoyuruq. Daha sonra ortasına hazır küftəmizdən qoyuruq.
Pomidorları iki yerə bölürük. Bibərləri də eyni qaydada ikiyə bölürük.
Badımcanın ortasına yerləşdirdiyimiz küftənin hər tərəfinə badımcanı qatlayıb üzərinə doğradığımız pomidoru yerləşdiririk.
Lap sonda isə bibərlərimizi də kurdanla küftənin üzərinə bərkidib fırın tabağına düzürük.
Sonra sosumuz hazırlamaq üçün bir yemək qaşığı tomat və bir su stəkanı qaynar suyu qarışdırırıq.
Hazırladığımız tomat sosunu badımcan kababının üzərinə gəzdirərək tökürük.
Fırınımız 200 dərəcədə ikən 20-25 dəqiqə daha bişiririk.
Küftələrimizi daha əvvəlcədən tam bişirməməyimizin səbəbi təkrar bişirəcək olmağımızdır.
Küftəli badımcan kababı bişdikdən sonra tabaqlara alıb servis edə bilərik.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 027
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri