Tikə kabab resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 788
Səs ver:
(səs: 3)
Tərkib:
350 q qoyun əti,
60 q baş soğan,
40 q göy soğan,
10 q cəfəri və reynan,
3 q sumaq yaxud 5 q narşərab
istiot,
duz.

Hazırlanması:

Tikə kabab hazırlamaq üçün qoyun cəmdəyinin bud hissəsindən 30-35 tikələr kəsilib şişə taxılır. Üstünə duz səpilir, hamarlanıb manqalda közərmiş kümür üzərində qızardılır. Qoyun əti şişə taxılan zaman həm yağlı, həm yağsız tikələr götürülməlidir.

Tikə kabab bişirmək üçün manqaldan istifadə olunur. Manqalda tikə kababyanmaması üçün odun sönüb köz düşməsini gözləmək lazımdır. Bu zaman tikə kabab yanmaz və ləzzətli olur.

Kömürün alovsuz olmasına və ətin bir qaydada bişməsinə diqqət edilməlidir. Şişlər arabir çevrilməlidir.

Tikə kababı hazır olandan dərhal sonra (ortalama 5 dəq) süfrəyə verilməlidir. Tikə kababın yanında halqavari doğranmış baş soğan, habelə çöp şəklində doğranmış göy soğan süfrəyə verilir. Bundan başqa tikə kababın yanında 1/6 ədəd limon, yaxud 5 q narşərab, sumaq, döyülmüş istiot, duz qoyulur. Yay zamanı tikə kababın hər payına 100 q şişdə qızardılmış pomidor əlavə edilir.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri