Manqalda göbələk kababı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 451
Səs ver:
(səs: 2)
Tərkibi:
Göbələk
Duz

Hazırlanması:
Əvvəlcə manqal yandırılır. Köz düşməsi gözlənilir.

Manqalda göbələk kababı bişirmək üçün manqal odlu olmamalıdır. Köz düşüb temperatur biraz azaldıqdan sonra kababı bişirmək olar. Əks təqdirdə göbələk yanar.

Manqal yanarkən göbələklər təmizlənir və ayıtlanır. Bundan sonra geniş bir qabın içərisinə su doldurulur və göbələklər də buraya suya qoyulub gözlədilir. Bunu etməkdə məqsəd odur ki, aralarda qalan torpaq dənəcikləri suya qarışıb qabın dibinə hopur. Bundan sonra göbələklər təmiz su ilə yaxşıca yuyulur. Təmizlənib duru su ilə durulandıqdan sonra bir aşsüzənə qoyulur. Suyunu tamamən çəkir

Közü düşən manqalın üzərinə izqara qoyulur. Göbələklərin papaqcıqları tərsinə ( yəni üzü yuxarı gələcək şəkildə) düzülür. Üzərlərinə biraz duz səpilir. Göbələklər bişdikcə papaqcıqların içərisinə su dolmağa başlayır.

Bişmə zamanı göbələklərin ağ rəngi dəyirib tündləşir.

Süfrəyə isti – isti və içərisindəki su dağılmadan servis edilir.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 3 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri