Plovlu tas kababı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 518
Səs ver:
(səs: 1)
Tərkibi:
400 qr. quşbaşı ət,
1 ədəd orta boy kartof,
3 ədəd uzunsov bibər,
1 ədəd quru soğan,
2 ədəd böyük pomidor,
6-7 ədəd soğan,
5 diş sarımsaq,
1 çay qaşığı təzə çəkilmiş istiot,
1 x.qaşığı bibər sousu,
1 çay qaşığı pomidor sosu,
3 x.qaşığı zeytun yağı,
1 çay qaşığı duz,
2 su stəkanı düyü,
1 dəstə cəfəri,

Hazırlanması:
Plovlu tas kababı hazırlamaq üçün kiçik doğranmış ət tikələrini tavaya alın və üzərinə yağı əlavə edin.
Rəngi dönənə qədər qovurun.
Doğranmış soğanları, kub şəklində doğranmış kartofları, doğranmış uzunsov bibərləri də əlavə edin.
Bu şəkildə 2 dəqiqə qovurun.
Sosu da əlavə edib qovurmaga davam edin.
Pomidorun qabıqlarını soyun və incəcik doğrayın.
Soslar yaxşıca qovrulunca pomidorları tavaya əlavə edin.
Əgər duz azdırsa bir az duz, təzə çəkilmiş istiot və dilimlənmiş sarımsaqları əlavə edib tavanın qapağını bağlayın vam odda kababı bişməyə buraxın.
15-20 dəqiqə sonra bişən plovlu tas kababı iocaqdan alın.
Kababı istiyə dayanıqlı bir qabın içərisinə gözəlcə yerləşdirin.
Həmin qabı tasın üzərinə qoyun.
Əvvəldən yaxşıca yuyub, suyunu süzdüyünüz düyünü qabın ətrafına gözəlcə yerləşdirin.
Düyülərin üzərini keçəcək qədər isti su əlavə edin və tavanın qapağını bağlayıb əvvəl yüksək odda, plov qaynadıqda atəşi azaldaraq vam odda bişməyə qoyun.
Tas kababının duzu, yağı bişmə əsnasında plova keçəcəyi üçün, əlavə duz və ya yağ əlavə etmənizə ehtiyac yoxdur.
Plov bişincə ocaqdan alın və üzərinə incə qıyılmış cəfəri səpərək servis edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 518
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri