Tava kabab resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 472
Səs ver:
(səs: 3)
Tərkibi:
Hər payına:

220 q qoyun əti,
30 q ərinmiş yağ,
40 q baş soğan,
2 ədəd yumurta,
5 q qənd,
10 q sirkə,
25 q keşniş və şüyüd
istiot,
duz.

Hazırlanması:
Yumşaq qoyun əti və soğan ətçəkən maşından keçirilib qiymə hazırlanır, duz, istiot vurulub ciddi qarışdırılır. Girdə bitoçka formasında (hər payda 3-4 ədəd) salınır. Bitoçkalar tavada yağda qızardılır. Narın doğranmış soğan ayrı tavada qızardılıb içinə sirkə, qənd vurulur. Süfrəyə verilməzdən əvvəl bitoçkaların üstünə çalınmış və narın doğranmış göyərti qarışdırılmış yumurta, soğandan hazırlanmış xörək şirəsi tökülür və bunlar hamısı hazır vəziyyvtə gətirilir, xörəyin üstünə göyərti səpilir.

Tava-kababa kartof əlavə edilən hallarda, bitoçkalar yenə yuxarıda göstərilən qaydada hazırlanır. Bunun üçün kartof soyulub dilim şəklində doğranır və yağda qızardılıb bitoçkaların yanına düzülür. Bunların üstünə göyərti ilə qatışdırılıb çalınmış yumurta, xörək şirəsi tükülüb isti duxovkada bişirilir. Süfrəyə verilən zaman tava-kababın üstünə göyərti səpilir.

Yayda tava kababın hər payına 50 q pomidor əlavə edilir. Belə olduqda qənd və sirkəyə ehtiyac qalmır.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 472
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri