Turşulu kabab resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 443
Səs ver:
(səs: 1)
Tərkibi:
0,5 kq mal əti qıyması
0,5 kq qoyun əti qıyması
0,5 kq qoyun əti quşbaşı doğranmış
10-15 dəstə cəfəri
Badımcan
Kərə yağı
Soğan
Duz
İstiot
Abqora və ya limon suyu

Hazırlanması:

Yarım kilo mal əti ilə yarım kilo qoyun əti soğanla birlikdəçəkilir. Zövqə gorə duz, istiot vurulur.

Ayrıca yarim kilo qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamaga qoyulur.
10-15 dəstə ceferi et ceken masindan cekilib suyu sıxılır. Həmin suyu ayrı bir qabda saxlayırıq. Sora cəfəri kütləsini qazanda qızartmağa başlayırıq.

Qaynadılmış ət tikələri hemin kütlenin içinə tökülüb onuda kere yağında qızardırıq. Sonra cəferi suyu iləət suyunu bir yerde hemin kütlənin üstunətökürük. Qaynamağa qoyuruq. Sora cekilmiw etden 10 qəpik böyüklüyündə kiçik kündələr hazırlayıb həmin kütlənin üstünə tökürük.

Badımcanları kiçik barmaq böyüklüyündə doğrayırıq və acı suyu alındıqdan sonra həmin kütlənin üzərinə tökürük. Zövqə görə duz, istiot, abqorv və ya limon suyu əlavə edirik vəvam odda dəmə qoyuruq.

Qeyd:Yemək bir qədər qatı olmalıdır. Plovun yanında yeyilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 443
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri