Qoyun ətindən tikə kabab resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 756
Səs ver:
(səs: 1)
Tərkibi:
800 qr - 1 kq qoyun əti
500 qr - 1 kq baş soğan
zövqə görə kəklikotu
badımcan
pomidor
duz
istiot

Hazırlanması:
1. İnqredientlər hazırlanır. Ət kəsilir, soğan yarımdairə formasında doğranılır.

2. Kababın yaxşı alınmasının ilk səbəbkarı məhz ətin düzgün qaydada basdırma edilməsidir. Bunun üçün qazanın dibinə soğanlar düzülür, onlaırn üzərinə isə ayrı-ayrılıqda dulzanmış və istiotlanmış ət tikələri.

3. Ətin üzərindən daha bir lay doğranmış soğan düzülür.

4. Sonra yenidən ikinci lay ət və üzərinə bir daha soğan.

5. Bu etaplarda zövqə görə hər bir ət tikəsinə kəklikotu əlavə edilə bilər. Qazanın qapağı bağlanıb 24 saatlıq soyuducuya yerləşdirilir. Bir sutkadan sonra görsənir ki ət özünü tutub və kababa hazırdır.

6. Ət tikələri şişlərə taxılır. Ətlərimiz yağlı olduğundan, əlavə olaraq aralarına qoyun piyi doldurulmasına ehtiyyac yoxdur. Qoyun kababına qarnir kimi badımcan və pomidor kababı uyğun olduğu üçün, əlavə iki şiş pomidor və badımcan hazır edilir.

7. Manqalda qızmar kömür üzərində, daim çevirərək bişirilir. Bişirərkən, yağlar alovlana bilər, belə hallarda əl altında duzlu suyun olması gərəkdir ki, kömür alovlandıqca duzlu su ilə alov söndürülsün.

8. Qoyun ətinin zərif olmasından asılı olaraq, həmçinin zamanında manqaldan çıxarılan kabab sulu və çox dadlı alınır.

9. Kabab süfrəyə verildikdə, çox vaxt yanında nardan hazırlanan sous - narşərab əlavə edilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 756
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri