İtalyan pizzası resepti

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 4 114
Səs ver:
(səs: 3)
Tərkibi:
3 stəkan buğda unu
1 paket təzə maya
1 çay qaşığı bal
1 tutam duz
1 yemək qaşığı zeytun yağı
1 stəkan ilıq su
3 ədəd pomidor
3 diş sarımsaq
1 yemək qaşığı pomidor domatı
Fəsləyən
Qarğıdalı konservası
Qara zeytun
Göbələk növləri
Enginar içi

Hazırlanması:
İlıq suyun içərisində bal və mayanı bir kasada əridin.
Başqa bir kasada un və duzu yaxşıca bir – birinə qarışdırın.
Maya qarışığına zeytun yağı əlavə edin.
Quru mətbəx dəzgahının üzərinə un – duz qarışığını töküb ortasını açın.
Un duz qarışığının ortasına maya qarışığını töküb xəmir hazırlayın.
Xəmirin üzərini nəmli bir bezlə örtün. Xəmiri 2 saat qaranlıq bir yerdə dincəlməyə qoyun.
2 saat sonra dincəlmiş xəmiri yenidən yoğurun.
Daha sonra xəmiri hazırlamaq istədiyiniz pizzanın ölçüsünə görə kündələrə bölün. Kündələri kürə halına gətirin.
Xəmirləri açın.
Açdığınız xəmirin üzərinə pomidor susunu yayın.
Pendiri yayın və 4 dəqiqə fırınınızın ən yüksək dərəcəsində əridin.
Pendiri əritdikdən sonra qalan xammalları əlavə edin və italyan pizza təkrar duxovkaya yerləşdirin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri