Sobada beşamel souslu musakka resepti

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 4 922
Səs ver:
(səs: 2)
Tərkibi:
badımcan (bir neçə ədəd)
1 ədəd toyuq filesi
1 ədəd soğan
1 ədəd yaşıl bibər
2 ədəd pomidor
duz, istiot
kəklikotu

Beşamel sousu üçün:
2 xörk qaşığı kərə yağı
2 xörək qaşığı un
2 stəkan süd,duz, istiot

Hazırlanması:
Əvvəlcə badımcanı halqa-halqa doğrayıb duzlu suda gözlədib suyunu süzürük. Yağ, duz və qara istotla qarışdırıb soba nimçəmizə yerləştirib 200 dərəcədə bir tərəfi qızardıqdan sonra o biri tərəfinə çevirib qızarınca götürürük.

İçlik üçün:
1 toyuq filesini kiçik kiçik doğrayırıq. Tavaya öncə 1 doğranmış soğan, 1 ədəd yaşıl bibər əlavə edirik və bir az qovrulunca toyuqları da əlavə edirik. ən sonda doğranmış 2 pomidoru və bir qaşıq tomat pastasını əlavə edib qovururuq. Duz, qara istiot, təzə kəklik əlavə edib bir stəkan su əlavə etdiyimiz içlik bişincə badımcanların üzərinə əlavə edirik.

Üzərinə beşamel sous üçün:
2 qaşıq kərə yağını əridib üzərinə 2 qaşıq un əlavə edib qovururuq. 2 stəkan süd əlavə edirik və bişən sousa duz və qara istiot əlavə edirik. Və üzərinə tökürük. Ən sonda üzərineə bir dilim kaşar pendiri rəndələyib sobada bişirik.
 
Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 922
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri