Katalon sayağı omletlə resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 446
Səs ver:
(səs: 1)
Qidalanarkən səhər yeməyinə xüsusi fikir vermək lazımdır.
Səhər yeməyi insan sağlamlığı üçün çox faydalıdır. Qidalanarkən səhər yeməyinə xüsusi fikir vermək lazımdır çünki günün necə keçəcəyi bir çox hallarda məhz səhər yeməyindən aslıdır. Bəzən tənbəllikdən, bəzənsə iştahsızlıqdan əksər insanlar səhər yeməyindən imtina edirlər. Əsasən də uşaqlar səhər yeməyi yemək istəmirlər. 

Əgər hər səhər standart olaraq yağ-pendir, şirinçay, soyutma yumurta yeməkən sıxılmısınız, yeni bir dad axtarışındasınızsa o zaman Qadınlar.biz-in sizə təqdim etdiyi Katalon sayağı omleti hazırlayıb səhərinizi daha dadlı edə bilərsiniz. Omletin hazırlanması asan və tez olduğundan işə tələsən insanlarda onu hazırlayıb yeyə bilər.

Tərkibi:
3 yumurta
2 xörək qaşığı süd.
1 xorək qaşığı kərə yağı
2 pomidor
Bir neçə dilim vetçina (hər hansı kolbasa məhsulu ilə də əvəz etmək olar)
50 q. holland pendiri
Üyüdülmüş qara istiot
Duz

Hazırlanması:
Yumurta ilə süd üzərinə zövqə görə duz istiot əlavə olunmaqla çalınır, vetçina və pomidor xırda-xırda doğranır, pendir əl ilə ovulur.
Kərə yağını isti tavada əridim ora südlü-yumurtalı məhlulu əlavə edərər bişirin. 



Məhlul bir az bərkidikdə üzərinə ovulmuş pendir, pomidor və vetçinanı əlavə edin.



Bir qədər qızardıqdan sonra omleti mərkəzə doğru rulet şəklində bükməyə başlayın. Hazırladığınız omleti isti-isti süfrəyə verə bilərsiniz.



Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri