Kök börəyi resepti

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 887
Səs ver:
(səs: 2)
Tərkibi:
2 ədəd yer kökü
4 ədəd yunan qabağı
250 qram ağ pendir
Yarım dəstə şüyüd
1 çay qaşığı qırmızı pul bibər
Duz
Qara istiot
3 ədəd yumurta
100 qram kərə yağı
Yarım litr süd
4 ədəd hazır lavaş
 
Hazırlanması:
Yer kökünü, yunan qabağını və ağ pendiri sürtgəcdən keçirib bir qaba tökün. Üzərinə xırda doğranmış şüyüdü, pul bibəri və  istiotu əlavə edib qarışdırın. Yumurtaları qırıb kasaya tökün və yaxşıca çırpın. Kənarda kərəyağını əridin, üzərinə südü əlavə edib qarışdırın. Daha sonra yumurtanı da kərəyağı qarışığına əlavə edin. Lavaşlardan biri istisna olmaqla, hamısını əlinizlə kiçik hissələrə bölüb yumurtalı qarışığa qatın. Qabaq, kök və pendir qarışığını da yumurtaya əlavə edin. Hamısını birlikdə qarışdırın. Sobaya qoyacağınızı qabın dibini yağlayın. Saxladığınız 1 ədəd lavaşı qabın içərisinə yayın. Yumurtalı qarışığı lavaşın üzərinə töküb yayın. 180 dərəcədə olan sobada 45-50 dəqiqə bişirin. Bişdikdən sonra doğrayıb süfrəyə verin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 887
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri