Toyuğun döş əti soya sousunda resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 845
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  20 dəqiqə
Tərkibi:

Bir-iki porsiya üçün:
300-400 qr toyuğun döş əti (dəri ilə birgə)
1 ədəd laym (və ya limon)
100 ml soya sousu (şirin)
100 ml su
1 x/q şəkər tozu
30-50 qr kahı
2 x/q zeytun yağı

Hazırlanma:
Toyuğun döş əti, yəqin ki, ən faydalı məhsullardan biridir. Evdə ehtiyyatda olanda ondan çox sayda yeməklər hazırlamaq mümkündür. Ən sadə yeməklərdən tutmuş ən mürəkkəb yeməklərə qədər. Elə bir məhsuldur ki, ondan blinçik, pirojki, naharda — şorbalar və bulyonlar, şam yeməklərində qızartmalar, pörtləmələr və sair müxtəlif növ yeməklər hazırlamaq mümkündür.
Tava bərk odda qızdırılır və yağ əlavə edilir. Toyuğun döş əti kağız salfetlərlə qurudulur və bərk odda, hər tərəfinə 4-5 dəqiqə vaxt sərf etməklə qızardılır.  
Ət qızarana qədər laymlar hazırlanır (dilimlərə doğranılır), boşqaba kahı əlavə edilir.  
Döş əti hazır olduqda, o dəqiqə yanına soya sousu, su və laym şirəsi əlavə edilir. Yerdə qalan laym qabıqları həmçinin ətin yanına yerləşdirilir.   
Hamısı qarışdırılır və tavanın qapağını bağlayaraq bərk odda 5-7 dəqiqə pörtlədilir. Bu vaxt ərzində ət yaxşı pörtləyəcək və eyni zamanda zərif və sulu qalacaq. Döş əti tavadan çıxarılır və doğranılır.  
Yerdə qalan sous isə bərk odda qaynadılaraq qatılaşdırılır.  
Süfrəyə verildikdə ət hissələri boşqabda kahı yarpaqlarının üstünə yerləşdirilir və üzərinə isti sous əlavə edilir. Həmçinin, zövqə görə ətin üzərinə yerfındığı, qoz və ya küncüt yağı əlavə etmək olar.  

 

 

 

 

 

 

 

 

 

 

 
Nuş olsun!
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 1 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri