Buxarda hazırlanan göyərtili qızıl balıq resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 410
Səs ver:
(səs: 4)
Hazırlanma vaxtı:  20 dəqiqə
Tərkibi:

1 porsiya üçün:
100 qr qızıl balıq
20 qr müxtəlif göyərtilər
2 x/q zeytun yağı
1 ç/q limon şirəsi
bir çimdik duz
bir çimdik istiot

Hazırlanması:
Olduqca dadlı olan bu yemək nəinki qızıl balıq və ya alabalıqla, həmçinin sadə balıqlarla da çox dadlı alınar.
Göyərtilər yuyulur və qurudulur (burada: cəfəri yarpaqları, göy soğan, rukkola-"əkin indausu"). Göyərtiləri öz zövqünüzə görə seçə bilərsiniz: keşniş, şüyüd, ispanaq və s.  
Balığın hissəsi yaxşıca duzlanır və istiotlanır. Buxarda hazırlama tavasına ilk öncə göyərtilər əlavə edilir, onların üzərinə isə balıq.  
Və buxarda 10-15 dəqiqə bişirilir, əsas odur ki balığı qurutmayasınız. Bu arada sous hazırlanır. Bunun üçün zeytun yağı ilə limon şirəsi qarışdırılır.  
Süfrəyə verildikdə boşqaba göyərti əlavə edilir, üzərinə balıq qoyulur və hazırlanan limonlu sous ilə səpilir.  

 

 

 

 

 

 

 
Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri