Mal ətindən medalyon resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 044
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  50 dəqiqə
Tərkibi:

3 ədəd mal ətindən medalyon
3-4 zolaq bekon
1 ədəd baş soğan
1 diş sarımsaq
20 qr kərə yağı
zeytun yağı
duz
qara təzə əzilmiş istiot
pambıqdan kəndir

Hazırlanması:
Ətlər yüngülcə çəkiclə döyülür. Yüngül döymə əti yumşaldır. Ət qızararkan onun tərkibində olan liflər sıxılır və ət bərkiyir. Döymə nəticəsində liflər xırda hissələrə parçalanır və mənfi effekt aradan qalxır.  
Ətin hər bir hissəsi bekon zolağı ilə dolanıb kəndirlə bağlanır.  
Duz və istiot vurulur.  
Tava yaxşı qızdırılır və az miqdarda zeytun yağı əlavə edilir. Duz və istiot vurulmuş ətlər tavaya düzülərək üzərindən biraz sıxılır və sonra tərpədilmir. Bir tərəfi üstə təqribən 2 dəqiqə qızardılır.  
Ətlər çevirilir və digər tərəfi üstə təqribən 2 dəqiqə qızardılır. Reseptdəki ətlər orta miqdarda qızardılır, sulu və bir qədər qanlı alınır. Əgər siz daha çox qızardılmış ət sevirsinizsə, o zaman vaxtı 3-3,5 dəqiqəyə qədər artıra bilərsiniz (ondan çox olmaz!). Qızartma zamanı ətlər tərpədilməməlidir.  
Ətlər həmçinin yan tərəfi üzərində təqribən 2 dəqiqə qızardılır, tavaya əzilmiş sarımsaq və kərə yağı əlavə edilir.  
Hissələrin üzərinə tavada əridilmiş yağ əlavə edilir.  
Tavaya yarı halqa şəklində doğranmış soğan əlavə edilir. Daha 2-3 dəqiqə qızardılır və ətlərin üzərinə qızardılmış soğanlardan vurulur.  
Ətlərə rom və ya konyak vurulur.  
Yandırılır və spirtin tam itməsi gözlənilir.  
Ətlər qəfəs üzərinə yerləşdirilir.  
Sous hazırlanır. Bunun üçün ətlər bişən tavaya bir qədər qırmızı şərab və biraz yağlı qaymaq əlavə edilir.  
Qatılaşana qədər az odda bir qədər qaynadılır.  
Çox dadlı və ətirli alınan mal ətləri istənilən qarnirlə süfrəyə verilə bilər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 4 044
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri