Tomat sousunda balıq resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 372
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  1 saat 10 dəqiqə
Tərkibi:

çəki balığı (karp)
6-7 ədəd orta ölçüdə kartof
tomat pastası
bitki yağı
duz
istiot

Hazırlanması:
Balıq hissələrə doğranılır.  
Duz və istiot vurularaq bir kənarda 20-30 dəqiqə saxlanılır.  
Bu arada tomat pastası su ilə qarışdırılır və üzərinə bir qədər bitki yağı vurulur.  
Kartof təmizlənir və dilimlərə doğranılır. Hər bir dilimə duz və istiot vurulur. Hər şey hazır olduqda, sobanı isitmək olar. Soba 180-200°C temperaturunda isidilir.  Balıq və kartofun hər bir hissəsinə tomat sousu çəkilərək, bitki yağı ilə yağlanmış tavaya düzülür.  
Yerdə qalan tomat pastası bir daha üzərlərinə çəkilir.  
Əvvəlcədən 180-200°C temperaturunda isidilmiş sobada 20-30 dəqiqə bişirilir.  
Balıq tez hazır olur. 

 

 

 

 

 

 

 

 

 

Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri