Toyuqlu ləziz simit resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 308
Səs ver:
(səs: 2)
Tərkibi:
Yarım dəstə kərəvizin yarpaqsız hissəsi
Krem pendir - 200 qr
Qaynadılmış və didilmiş toyuq filesi - 300qr
Toyuq ədviyyatı - 1 ç.q.
Hazır yağlı xəmir (milföy) - 1 paket

Hazırlanması:
Kərəviz bu yeməyə ayrı bir dad verir. İlk öncə kərəvizin yarpaqsız hissəsini xırda-xırda doğrayırıq.Qaynadılmış, didilmiş toyuq filesini, krem pendir və toyuq ədviyyatını blenderlə qarışdırırıq.İndi işin bir az çətin qisiminə gələk. Hazır yağlı xəmirləri aşağıdakı şəkildə kəsirik.Daha sonra qarışığı yenə şəkildəki kimi xəmirin içinə yerləşdiririk.İndi bir az əl bacarığı ilə, həmçinin, bir az səbir ilə xəmiri bükürük və tam bir çevrə şəkli alınır.
180 dərəcədə qızdırdığımız sobada yağlı kağız üzərində 15-20 dəqiqə rəngi bir az qızağarana qədər bişirin.
(İstəsəniz üzərinə yumurta sarısı vurar və küncüt səpib sonra sobada bişirin.) Toyuqlu simit hazırdır.
 
Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri