Çiçək bulka resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 7 507
Səs ver:
(səs: 4)
Tərkibi:
1 stəkan süd (ilıq olacaq)
1 stəkan su
1 stəkan zeytun yağı
2 yumurta (birinin sarısı ayrılacaq)
1.5 yemək qaşığı şəkər
1.5 şirin qaşığı duz
6-7 stəkan arası un
Yarım paket yaş maya (21 qr.)

İçlik üçün:
3 ədəd qaynadılmış kartof
100 qr. ağ pendir
1 dəstə cəfəri
duz, istiot
Qırmızı bibər
Ayrıca: Qara zeytun

Hazırlanmsaı:
Xəmir üçün maye vəsaitləri, duzu şəkəri və mayanı qarışdırın. Unu yavaş yavaş əlavə edərək qulaq məməsi yumşaqlığında bir xəmir yoğurun. Üzərini örtüb mayalanana qədər gözlədin.
Mayalanan xəmirdən orta boy naringi böyüklüyündə parçalar götürüb yüngül unlanmış zəmində nəlbəkidən bir az böyük olacaq şəkildə açın.
Orta qisimi kəsmədən, bıçaqla qarşılıqlı dörd kəsik atın. Hər yarpağın ortasına kartoflu içdən qoyun və yarpaqların uclarını birləşdirin. Digər 3 yarpağa da eyni əməliyyatı tətbiq edin və bağladığınız ucları orta qisimə doğru basdırın.
Orta qisimə bütün halda bir zeytun yerləşdirin.
Qalan kündələri də eyni şəkildə hazırlayın. Bulkaları soba qabına məsafə qoyaraq düzün və bir müddət özünü tutması üçün gözlədin.
Mmayalanan bulkaların üzərinə yumurta sarısı sürüb 180 dərəcə qızdırılmış sobada qızarana qədər bişirin.
Sobadan çıxardıqdan sonra pambıq bir bezə üzərini örtün.

 

 

Nuş olsun!
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 7 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri