Steyk Ribay resepti - FOTO RESEPT

Müəllif: guler19
Şərhlər:
Baxılıb: 1042
Paylaş:
Səs ver:
(səs: 5)
Hazırlanma vaxtı:  25 dəqiqə
Tərkibi:

2 ədəd ribay (malın qabırğa hissəsinin ət parçası)
duz
istiot
sarımsaq
10 qr zeytun yağı

Hazırlanması:
Hər kəsin bildiyi bifşteks və langet - steyk növləridir. Steyk ingilis dilindən tərcümədə "steak" - hissə deməkdir, beləliklə bifşteks ingiliscə "beef" (mal) və "steaks" (hissələr)) mənasındadır. Ribay (ing."ribeye") - heyvanın qabırğa hissəsindən çıxarılan ət parçasıdır. Ribaydan hazırlanan steyk olduqca dadlı və ləzzətli olur, əsas isə onu düzgün hazırlamaqdır.
 
Tava maksimum dərəcədə qızdırılır. Xüsusi manqalvari dibi olan tava ilə steyk daha gözəl alınır.  
Tava qızarkən, ət iki tərəfli mətbəx çəkici ilə yüngülcə vurulur.  
Sonra ətə hər tərəfli əzilmiş sarımsaq çəkilir, duz və istiot vurulur.  
Ardınca ətlər qaynar tavada iki tərəfli qızardılır. Adi tavada ətin hər tərəfinə 40 saniyə vaxt ayırmaq olar. Qızartma zamanı ət tərpədilmir.  
O birisi üzünə çevirib yenidən 40 saniyə qızardırıq.  
Sonra steyklər çıxarılıb boşqaba əlavə edilir. Hərəsinin üzərinə 5-7 qr kərə yağı, yanına isə zövqə görə bir dəstə tərxun qoyulur. Boşqab folqa (və ya digər qabla) bağlanıb 10 dəqiqə saxlanılır.  
Süfrəyə verərkən yanında qarnir kimi qızardılmış kartof və kahı vermək olar. 

 

 

 

 

 

 

 


Nuş olsun! 

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 1042
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv