Qabaqla zapekanka resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 2 272
Səs ver:
(səs: 4)
Tərkibi: 
500 qr farş (çəkilmiş ət)
50 qr düyü
300 qr göbələk
1-2 ədəd qabaq
1-2 ədəd soğan
pomidor
göyərti
tomat 
 
Hazırlanması:
Düyünü bir az bişirib çəkilmiş ətə qatırıq, duzunu istiotunu vurub yaxşı qarışdırırıq.
Göbələyi xırda xırda, soğanı isə yarım halqa şəklində doğrayıb qızrdırıq. 
Qabaqları uzununa nazık dilimlərlə kəsirik.
Keks qəlibini yağlayırıq, qabaqları duzlayıb istiotlayıb formaya kənarları sallanacaq şəkildə düzürük. Qabaqların üzərindən ətin yarısını, sonra göbələyi, daha sonra isə qalan əti düzürük. Ətin üzərindən nazık doğranmış pomidorları düzürük və duz istiot vururuq. Sonra mayonez çəkib göyərtini doğrayıb səpirik. Qabaqların sallanan uclarını üstə qatlayırıq və mayonez çəkirik. Və sobada hazır olana qədər bişiririk. Hazır olandan sonra üzərini zövqə uyğun bəzəyirik.

 

 

 

 


Nuş olsun!
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri