Lomo saltado resepti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 1 860
Səs ver:
(səs: 3)
Cənubi amerikalıların mətbəxində acılı, istiotlu yeməklər çoxdur. Xüsusilə çili istiotunun vətəninə qonşu olan ölkələrdə. Məsələn, peruluların Lomo saltado - tullanan ət - adı verdikləri xörək də istiotludur. Amma onlar əti yeyəndə ağızları yandığından tullandıqlarına görə yeməyə bu adı verməyiblər. Sadəcə, əti elə doğrayırlar ki, qızardanda sanki tullanırmış kimi effekt yaradır.   
 
Tərkibi (2-4 pay): 
0.5 kq mal əti 
2-3 kartof
2 ədəd qırmızı soğan
3 pomidor
1-2 acı istiot
3 diş sarımsaq
1 ç.q. zirə
1 ç.q. passata, yaxud digər tomat pastası
1 ç.q. soya sousu 
1/4 st. pivə
duz
istiot
1 dəstə cəfəri
bitki yağı 
  
Hazırlanması: 
Əti saman kimi doğrayın, duz-istiot vurun. 
Yağı tavada möhkəm qızdırın. Az-az əlavə etməklə əti qovurun (təxminən hər porsiyanı 1,5 dəqiqə). Bir qaba yığın. 
Eyni zamanda kartofu da ayrı tavada fri qızardın. 
Soğanı yarımhalqa, pomidoru fal-fal doğrayın. Əti qovurduğunuz tavadakı yağa töküb ikisini də qovurun. Şirəsini buraxanda soya sousu əlavə edin. 
Pomidorla soğan bişdiyi müddətdə acı sousu hazırlayın: acı istiotu, təmizlənmiş sarımsağı və saplaqları artlanmış cəfərini xırda doğrayın, zirəylə qarışdırın. 
Bu qarışığı pomidorla soğana əlavə edin. Passatanı (yaxud tomat pastasını) əlavə edib qarışdırın. 1/4 st. pivə əlavə edin. 
Bir qədər bişəndən sonra qovurduğunuz ətlə fri kartofu əlavə edin. Səliqəylə qarışdırıb ocaqda daha 1-2 dəqiqə saxlayın. 
Xörəyi boşqaba çəkin, üzərinə doğranmış cəfəri səpin, süfrəyə təzə, yaxud konservləşdirilmiş acı istiotla verin. 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 1 860
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri