Çığırtma plov resepti - FOTO RESEPT

Müəllif: guler19
Şərhlər: 12
Baxılıb: 2047
Paylaş:
Səs ver:
(səs: 1)
Hazırlanma vaxtı:  2 saat
Tərkibi:

4 stəkan düyü
8 ədəd yumurta
1 ədəd toyuq
5 ədəd soğan
kərə yağı
sarıkök
duz

Hazırlanması:
1. Plov bişirmək üçün düyü təmizlənir, 2-3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur.
2.Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir.
3. Başqa qazan götürülür dibinə luxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfaran vurulur.
4. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlığ olmalıdır. Dəmə qoyduqda qazanın qapağına dəsmal və ya qapaq üçün papaq qoyulur, qazanın ağzı bərk bağlanılır. Plov aşağı istilikdə 1 saat dəmə qoyulur.
5. Çığırtma hazırlamaq üçün toyuq tikələrə bölünür və yuyulur, bişənə kimi qaynadılır.
6. Soğan qabığından təmizlənir, yarımhalqa formasında doğranılır.
7. Soğan kərə yağında biraz qızardılır üzərinə bişmiş toyuq tökülür və duz vurulur.
8. Yumurta sındırılır, duz vurulur, yaxşı qarışdırılır və toyuğun üzərinə əlavə edilir.
9. Yumurta bişdikdə yemək qazdan götürülür.
10. Plov süfrəyə verildikdə üstünə çığırtma qoyulur.

 

 

 

 

 

 

 

Nuş olsun!

loading...
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 2047
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
SENSİZ
Cox dadli olur ciqirtmali plov .ac vaxtimda bu ne idi :niyam:
1 mart 2016 21:32
12
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
ayka95
Biz de evde edirik cixirtmani kend colpasiyla edirik amma yumurta vurmuruq
1 mart 2016 15:01
11
Offline
Marta
Sogan yemediyime dolayisiyla cigirma yeye bilmirem ama deyilene gore lezzetli bisirirem)))
1 mart 2016 13:11
10
Немного терпения, и у тебя все получится..
Offline
vipbetul
ciqirtma yeye bilmirem
1 mart 2016 12:46
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Leylas
Plov cox sevmirem....
1 mart 2016 11:14
8
Offline
krisa
Plov cox xoslayiram .Her növde de yeyerem.Burada cigirtmali plovun birce pomidoru catmir .Toyugu pomidorla qovurub üstûne yumurta vurub plovla yeyirsen.Men Ismayilli zonasinda görmüsem.Amma esitmisem Qarabag yemeyidir.
1 mart 2016 11:04
7
Offline
BARBI
Hec sevmirem. Bizde de bu plovu hazirlayirlar. Yumurtali yemekleri sevmirem
1 mart 2016 09:25
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
guler19
Sitat: tatyana
Yumurta vurulmusunu gormemisem yememisem,biz terefde yumurta vurmurlar,Gulercim dadlimi olur yumurtali?

Bilmirəm bajı 09
Mənim xeberim olsada bu resepdi prob eləməmişəm 23
1 mart 2016 09:14
5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
tatyana
Yumurta vurulmusunu gormemisem yememisem,biz terefde yumurta vurmurlar,Gulercim dadlimi olur yumurtali?
1 mart 2016 08:41
4
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Offline
Fialka
Toyuq çığırtmasıyla plov bir arada dadlı alına bilər amma hərəsini ayrı şəkildə istifadə etmək və toyuqlu plov hazırlamaq daha məqsədə uyğundur.
1 mart 2016 08:34
3
Offline
Totu
Imm bu ne xeber ya canim cekdiinyam
1 mart 2016 08:33
2
Uşaqlarınıza zəngin olmağı deyil, xoşbəxt olmağı öyrədin. Beləcə, həyatları boyunca sahib olduqları şeylərin qiymətini deyil, dəyərini bilirlər.
Offline
qanadli melek
Plovu cox sevirem hele toyuqla cox gozel olur
1 mart 2016 08:32
1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv