Qarın qutabı resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 12 469
Səs ver:
(səs: 3)
Hazırlanma vaxtı:  1 saat
Tərkibi:
Xəmir üçün: 

800 qr un
1 ç/q duz
su

İçlik üçün:
1 kq qarın (mal və ya qoyun)
300 qr quyruq
3 ədəd soğan
duz
istiot
nar və ya zirinc

Hazırlanması:
İçliyi hazırlamaq üçün, qarın, quyruq və soğan ət maşınından çəkilir; duz, istiot vurulub yaxşıca qarışdırılır.  
Xəmiri hazırlamaq üçüq un, duz və ilıq suyu bir qaba tökərək yumşaq xəmir yoğurulur.  
Qutabın sayına uyğun olaraq, xəmirdən kündələr hazıranır  
Kündələrin hər biri oxlov ilə dairəvi şəkildə açılır. Açılan xəmirin yarı hissəsinə qarından (yəni hazırlanmış qiymədən) qoyulur və aypara şəklində qatlanılır.  
Qiyməni xəmirin arasına qoyarkən zövqə görə nar dənələrindən və ya zirincdən də əlavə etmək olar.  
Qutab, hər iki tərəfi qızarana kimi, tavada bişirilir.  

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 12 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri