Qızardılmış xanı balığı filesi resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 543
Səs ver:
(səs: 2)
Hazırlanma vaxtı:  30 dəqiqə
Tərkibi:

5 ədəd xanı balığı filesi
duz
günəbaxan yağ
əzilmiş qara istiot
limon

Ədviyyatlar:
cirə 
keşniş toxumu 
razyana

Hazırlanması:
Xanı balığı filesi buzdan əridilir, yuyulur və qurudulur. Sonra filenin hər biri duzla, istiotla sürtülür və limon şirəsi ilə səpələnir. Hazırlanmış file hissələrini boşqaba yığıb, üzərinə limon dilimləri düzülərək 1 saat saxlanılır.  
Balıq özünü tutana qədər, eyni miqdarda cirə, keşniş toxumu və razyana götürülərək qəhvəüyüdən maşından keçirdilir. Alınan ədviyyatlar qarışığı ilə balıq hissələri hər tərəfli sürtülür. Sonra isə filelər hər tərəfli una batırılır.  
Qızılı rəng alana qədər, günəbaxan yağda qızardılır.  
Filenin belə original dadına siz çox təəcüblənəcəksiniz, hamısının səbəbkarı isə ədviyyatlardır. Qızardılmış fileni tamamlamaq üçün yanına yüngül salat və qızardılmış kartof əlavə etmək olar. 
Daha doyumlu olması üçün balığı süfrəyə düyü ilə vermək olar
Yayda isə balığın yanında süfrəyə xiyar, pomidor, kahı, yaşıl soğan, keşniş və cəfəridən hazırlanan salat əlavə etmək olar. 

 

 

 

 

 

 

 

 


Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 543
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri