Şah plovu resepti

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 5 958
Səs ver:
(səs: 4)
Tərkibi:
Zəfəran – 0,5 qr.,
Düyü – 3 stəkan (1 st. – 200 qr.),
Duz – 1 ç.q.,
Əridilmiş yağ– 200 qr.,
Tikə quzu əti – 600 qr.,
Ərimiş yağ – 300 qr.,
Baş soğan – 3-4 baş,
Quru alça – 150 qr.,
Kişmiş – 300 qr.,
Ərik – 200 qr.,
İstiot, sarıkök – zövqə görə,
Lavaş– 10 dənə
 
Hazırlanması:
Bu bayram plovu görkəmindən orta əsrlər şərq hökmdarlarının tacına oxşadığı üçün belə adlanır.
Düyü arıdılır, yuyulur, 4-6 saat duzlu isti suda isladılır. Duzlu suda yarıbişənə qədər qaynadılır. Sonra aşsüzənə tökülüb süzülür, zəfəran əlavə edilir. Ət dördkünc tikələrə doğranır, üstünə duz, istiot, alça turşusu sürtülür.
Qazanın dibinə və divarlarına kərə yağı çəkilir.
Qeyd: Şah plov hazırlamaq üçün dibinin diametri ağzının diametrindən dar olan qazan götürülür.
Qazanın dibinə aralarına kərə yağı çəkilmiş 5 lavaş elə qoyulur ki, onlar qazanın divarlarından kənara sallansın.
Lavaşın hazırlanması: un, yumurta, su və bir az duz tökməklə bərk xəmir yoğrulur. Bundan xırda kündələr tutulur və 2 mm qalınlığında lavaşlar yayılır, bərk qızdırılmış tavada qızardılır (yağ tökülmür).
Qazanın dibindəki lavaşların üstünə düyünün bir hissəsi (təxminən 1/3-i) tökülür, onun üstündən ət əlavə edilir, yenə düyü (təxminən 1/3-i) tökülür. Ortasına qabıqdan çıxarılmış şabalıd, ərik və kişmiş qoyulur və qalan düyü də əlavə edilib lavaşlarla kip örtülür. Qalan 5 lavaş da aralarına yağ çəkilərək düyünün üstündən qoyulur. Üstündən kərə yağı çəkilir, qapağı örtülərək temperaturu 1300S olan fırında (duxovka) bişirilir. 40 dəqiqədən sonra üstündən ərimiş kərə yağı tökülür.

80 dəqiqədən sonra fırındın çıxarılır, qapağı açılır və yağı boşaldılır, qazan yastı buluda çevrilir. Ortada deşik açılıb, plov pay-pay bölünür, qazmaq isə ləçək kimi açılır.

 


Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 5 958
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri