Sen-Florenten kartofu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 430
Səs ver:
(səs: 4)
Tərkibi: 
1,5 kq kartof
100 q vetçina (yaxud "Doktorskaya" kolbasası) 
70-100 q xırda vermişel (yumurtalı) 
3 yumurta
50 q kərə yağı
təzə üyüdülmüş qara istiot
0,3 ç.q. muskat cevizi
duz
un 
80-100 q narın suxarı
qızartmaq üçün bitki yağı

Hazırlanması:
Kartofu təmizləyib duzlu suda bişirin, sonra suyunu süzüb qazanın qapağını açıq qoyun, 10 dəqiqə qalıb qurusun. Sonra püre hazırlayın. 
Vetçinanı (kolbasanı) xırda kubik doğrayın. 
Püreyə 3 yumurtanın sarısını, kərə yağı, muskat cevizi, duz və doğradığınız vetçinanı (kolbasanı) əlavə edin, qarışdırın. 
Yumurta ağlarını iki yerə bölün. Bir hissəni möhkəm çalın, kartof püresinə əlavə edib aşağıdan yuxarıya doğru qaşıqla qarışdırın. 
Yumurta ağlarının digər yarısını ayrı qabda çalıb bir kənara qoyun. 
Xırda vermişeli ya həvəngdə döyün, ya da paketə qoyub üzərindən oxlovla bir neçə dəfə keçin. 
Kartof kütləsini un səpilmiş masada kolbasa formasına salın. Eyni boyda uzun-uzun doğrayın. 
Hər birini öncə çalınmış yumurta ağına, sonra xırdalanmış vermişellə qarışdırılmış suxarıya batırın. 
Fritürdə qızardın. 
Süfrəyə tərəvəz salatı, yaxud kahı ilə verə bilərsiniz. 

Nuş olsun!
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 430
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri