Ətli piroq resepti

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 4 738
Səs ver:
(səs: 3)
Tərkibi:
Xəmir üçün:

250 q mayonez
250 q xama
3 yumurta
300-350 q un
2 ç.q. qabartma tozu (və ya 1 ç.q. soda)
duz

İç üçün:
300 q ət (mal və ya toyuq)
400 q kartof
1 baş soğan (göy soğan da olar)
duz
istiot

Hazırlanması:
Mayonezlə xamanı qarışdırın. Yumurta, duz əlavə edib qarışdırın. Qabartma tozu və un qatıb yumşaq xəmir yoğurun.

İç üçün: Soğanı və çiy əti lap xırda doğrayın. Çiy kartofu xırda kubiklər şəklində doğrayın. Ət və soğanla qarışdırıb, duz, istiot vurun.

Yağlanmış siniyə xəmirin yarısını döşəyin. Asan olsun deyə, əllərinizi əvvəlcədən isladın. Xəmirin üstünə içi qoyub, qalan xəmirlə üzərini qapadın.

180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. Əgər üstü çox qızarsa, folqa ilə örtün.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 4 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri