Sobada toyuq budu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 579
Səs ver:
(səs: 1)
Sobada xamalı və sarımsaqlı sousda hazırlanmış toyuq budunu — öz zövqünüzə uyğun hazırlaya bilərsiniz, yəni sevdiyiniz ədviyyatlarla. Əsas odur ki, yağlı smetanla hazırlayasınız.

Tərkibi:
8-10 ədəd toyuq budu
0,5 kiloqram xama
Sarımsaq 8-10 diş
Bibər — qırmızı, döyülmüş 1 Çay qaşığı
duz 1,5-2 x.q
qırmızı istiot döyülmüş 2 x.q

Hazırlanması:
Əvvəlcə marinad hazırlayırıq — xama duz, istiot və pul bibər əlavə olunub qarışdırılır. Sarımsaq təmizlənir. Pressdən keçirilir(marinad hazırladığımız boşqaba əlavə olunur.Yenidən hamısı qarışdırılır.

Yuyulub, sümüklərdən təmizlənmiş toyuq ətlərini marinadla tam örtürük. Toyuq budlarını formaya yığıb, üzərinə marinadın qalan hissəsin çəkirik. Xüsusi plyonkayla örtürük formanı- ən azı 2 saatlığa qoyuruq  soyuducuya, amma bütün gecəni soyuducuda qalmağı daha yaxşı olardı .
Toyuq əti nə qədər çox  marinad olunsa o qədərdə tez hazırlanacaqdır. Toyuq budu sobada təxminən 40-50 dəqiqə ərzində — 200с dərəcə temperaturda qızarıncaya qədər bişirilir. Hazır toyuq ətinin yanında düyü və ya qovrulmuş tərəvəz, kartof qarniri ilə süfrəyə verilə bilər. Toyuq budu yeməkləri sevənlər üçün çox ləzzətli reseptdir.
 
Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri